Musavat Partiyasının ayrılıq qərarından sonra Milli Şuraya daxil olan partiya rəhbərləri və bəzi ziyalıların iştirakı ilə fövqəladə toplantı keçirilib.

Mia.az xəbər verir ki, bu barədə cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə axşam saatlarında başlanan toplantı AXCP- nın mənzil qərargahında baş tutub və bir neçə saat davam edib. Toplantının əsas müzakirə mövzusu Musavat partiyasının Mili Şuradan istefa verməsi və qurumun bundan sonrakı fəaliyyəti barədə olub. İştirakçılar Musavatın bu qərarını tənqid edərək Milli Şuranın qorunub saxlanması və inkişaf etdirilməsi təklifi ilə çıxış ediblər. Qərara alınıb ki, yaxın günlərdə Milli Şuranın sessiyası keçirilsin.