Tanınmış repçi Qurd (Fərid Eminov) qonaq olduğu "10-da görüşək' verilişində maraqlı açıqlamalarla diqqət çəkib.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, o, hazırda Bakı Nəqliyyat Agentliyində baş mühəndis vəzifəsində çalışdığını bildirib: "Təhsilim nəqliyyatla bağlıdır. Bu, artıq neçənci vəzifəmdir ki, icra edirəm. Hazırkı işimdən də razıyam".

Repçi müğənni Nadir Qafarzadənin sözügedən qurumu tənqid etməsinə "Biz qanun tərəfdarıyıq" deməklə cavab verib.