Əli Mirəliyev seriala çəkilir- FOTO
Azərbaycanda yeni serial çəkilir. "Anar.M" prodakşnın istehsalı olan "Yaxın uzaqlıq" serialında bir çox məşhurlar rol alacaq. Bu barədə Strategiya. az saytına serialın rejissoru Anar Məmmədəliyev məlumat verib.
"Serialımız fevral ayından "Lider" telekanalında yayımlanacaq. Çox maraqlı süjet xətti var. Sevgi və orqan alverindən söhbət gedir. Cavanşir Məmmədov, Elxan Qaraxanoğlu, Əli Mirəliyev, Allahverdi Yolçuyev kimi tanınmış simalar burda rol alıblar. Ümidvarıq ki, bu serial tamaşaçıların zövqünü əs serial atmosferinə kökləyəcək".
Qeyd edək ki, ekran işinin ssenarisi də Anad Məmmədəliyevə məxsusdur. İkinci rejissoru Aqşin Onullahi olan "Yaxın uzaqlıq"ın musiqisini Tural Bakuvi yazıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47