Müsavat Partiyasının başqanı İsa Qəmbər "El” Hərəkatının sədri Eldar Namazovla görüşüb. Tərəflərin Milli Şura haqqında həll edici danışıqlar aparılması xəbəri yayılsa da Eldar Namazov Hafta.az-a açıqlamasında danışılanların yalan olduğunu bildirib:

"Əgər birlikdə oturub nahar ediriksə, bunun altında siyasi nəsə axtarmaq lazım deyil. Biz sadəcə olaraq görüşüb hal əhval tutmuşuq. Bunları ictimailəşdirməyi düşünmürük. Dostların mütamadi olaraq görüşməsindən nəticə axtarmaq lazım deyil.”