«Yeni Müsavat» qəzetində AXCP mətbuat xidmətinin
rəhbəri Natiq Ədilovun əleyhinə köşə yazısının dərci, qarşı tərəfdən kəskin cavabla qarşılanıb.
Mia.az xəbər verir ki, Natiq Güləhmədoğlu bununla bağlı Facebook-dakı şəxsi hesabında Rauf Arifoğluna belə bir ismarıc göndərib:
Bu status, əslində, inbox söhbəti sayıla bilər. Çünki fərdidir, Rauf Arifoğluya həsr olunub, fəqət, dostluğumda olmadığından bura yazıram, xəbər tutar.
Son günlər çox əlimyandıda və təşfişlə əleyhimə yazılar dərc edirsən. Et, bu sənin işin.
Amma düşünürəm, adını çəkmek istəmədiyim Aydının FB qeydini yalnız mənim əleyhimə olduğuna görə çap etməklə, dadı-duzu qaçırdın.
Mən, o Aydına heç bir cavab verməyəcəm, o, buna layiq deyil. Amma sən bil, iş başlayanda ilk işim Aydının «İdeal» qəzetində işlədiyi vaxt sənin barəndə yazdığı və redaktə etdiyi məqalələri elə buradan yaymaq olacaq.
Ümidvaram, onda məndən inciməyəcəksiniz.
Sağ olun».