REAL partiyası Dairə Seçki komissiyalarına 37 üzv təqdim edəcək.

Bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov özünün feysbuk hesabında bildirib.

“Bildiyiniz kimi, martın 1-də Mərkəzi Seçki Komissiyasına məktub göndərmişdik. Dairə Seçki Komissiyalarının 37 üzvünün REAL-ın təqdimatı ilə vəzifəyə təsdiqlənməli olduğunu bildirmişdik. MSK katibi Mikayıl Rəhimlidən bu gün aldığım cavab məktubunda bu hüquqi mövqeyimizin doğru olduğu göstərilir", - partiya sədri deyib.