Artıq günlərdir Naxçıvan MR-da toylara icazə verilməsi ilə bağlı məlumat paylaşılıb. Qeyd olunub ki, şadlıq evlərinə qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etmək icazəsi verilib.
Mia.az Axar.az-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli bununla bağlı hər hansı rəsmi qərarın olmadığını deyib.
Onun sözlərinə görə, yazılanlar həqiqəti əks etdirmir.