“Müharibə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin uğursuzluğunu göstərdi”.

“Aysor” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ölkə parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında bildirib.

“Sentyarbın 27-si sübut etdi ki, onlar öz mandatlarının bu hissəsi çərçivəsində iflasa uğrayıblar”, - o qeyd edib.

O, 44 günlük müharibənin Ermənistan diplomatiyasını uğursuzluğa uğratdığı ilə razılaşmadığını bidlirib: “Bizə cari şəraiti təsbit edən deyil, prosesə başçılıq edən güclü həmsədrlik lazımdır”/Report.