“Artıq Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb. Bunu təsdiqələmək üçün üçtərəfli bəyanata baxmayaq kifayətdir”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov “Müharibə və soyqırım cinayətləri beynəlxalq hüquq kontekstində” adlı dəyirmi masada çıxış edərkən deyib.
Onun sözlərinə görə, artıq Ermənistan dəymiş ziyanın ödənilməsinin birinci hissəsini yerinə yetirir: “Ölkəmiz ərazisindən öz qoşunlarını çıxarır. Kompensasiya ilə bağlı da dövlətimiz tərəfindən müvafiq araşdırmalar aparılır və müvafiq addımlar atılır”/Report.