Bu gün saat 14-də bir qrup qeyri-hokumət təşkilatının təmsilçisi Prezident Administrasiyasının önündə etiraz aksiyası keçirib.
Musavat.com-un reportyoru Fərahim İlqaroğlunun verdiyi məlumata görə, etiraz aksiyası keçirənlər arasında tanınmış QHT rəhbərlərindən - iqtisadçı Qubad İbadoğlu, hüquq müdafiəçiləri Mirvari Qəhrəmanlı, Mehriban Zeynalova, İntiqam Əliyev, Azər Mehtiyev, Elçin Abdullayev, Elşən Həsənov, Elxan Mehtiyev və başqaları da var.
Onlar QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə edilmiş son dəyişikliklərə etiraz edirlər.






