Azərbaycandakı siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil ediləcək.

Bu barədə  Ağ Partiya sədri Tural Abbaslı məlumat verib.

O bildirib ki, səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir: “Səfərin ayın 17-də təşkil edilməsi gözlənilir. Marşrut xətti ilə bağlı isə bizə hələ məlumat verilməyib”.