Milli Şuradan istefa verən Rəsul Quliyev müxalifət liderlərinə çağırış edib. MIA azvision.az-a istinadən xəbər verir ki, R.Quliyev növbəti dəfə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlini hədəf seçərək onları ən qısa zamanda istefa verməyə səsləyib.
Eks-spiker bildirib ki, müxalifətdə partiya rəhbərliyin gənclərə təhvil verilməlidir.
"Müsavat və AXCP-nın liderləri postlarından əl çəkməlidir. Yaxşı olardı camaatın tanımadığı intellektualların liderliyə gəlməsinə imkan versinlər və xalqın qismən inamını bərpa etsinlər. Ölkədə xalqın inanıb bel bağlayacağı müxalif qüvvələri yoxdur”-deyə, eks-spiker qeyd edib.