“Yeni Azərbaycan Partiyası sədrinin müavinlərinin seçilməsi məsələsinə bu gün keçirilən qurultayda formalaşan yeni İdarə Heyətinin iclasında baxılacaq”.

Bu barədə partiyanın İdarə Heyətinin üzvü Azər Badamov məlumat verib.

O bildirib ki, yaxın günlərdə İdarə Heyətinin yeni tərkibdə iclası keçiriləcək: “İclasda partiya sədrinin müavinlərinin seçilməsi və təşkilati məsələlərə baxılacaq”/Report.

Qeyd edək ki, bu gün keçirilən VII qurultayda əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.