Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrabın prokurorluğa verdiyi ifadədə xərçəng xəstəsi olduğunu bildirib.
"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 dekabrda həyata keçirilən əməliyyat zamanı həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab ifadəsində təcili olaraq müalicə almalı olduğunu söyləyib:
"Təcili olaraq kimya terapiya qəbul etməliyəm. Mənim böyrəyimin üstündə şiş var. Xərçəng diaqnozu qoyulub. Xəstəxanada müayinə zamanı bu 4 günlük müddət ərzində şişin 1 sm böyüdüyü aydın oldu. Mən buna təcili olaraq müdaxilə etdirib kimya terapiyaya başlamalıyam. Bu xəstəliklə əlaqəli də bütün sənədlərim var. Xəstaxanada da bu diaqnoz dəqiqləşdirildi”.
Rza Zərrab xərçəngdir: “Təcili kimya terapiya almalıyam"
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50