Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı, AZTV-nin keçmiş diktoru Vahidə Sadıqova vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov instaqram-da yazıb.
O bildirib ki, Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən vəfat edib.