Bu ilin yayında Türkiyədə ağır beyin əməliyyatı keçirən xalq artisti Firəngiz Mütəllimova yenidən xəstəxanaya üz tutacaq.
Aktrisa deyib ki, 2014-cü ilin yanvar ayında yenidən Türkiyəyə dönməyə məcburdur: "Səhhətimdə problemlər hələ də qalır. Həkimlərim məsləhəti ilə bir daha müayinədən keçməliyəm. Lazım gələrsə ikinci dəfə beyin əməliyyatı keçirməyə məcburam. Çalışdığım Akademik Milli Dram Teatrında tamaşalarda iştirak edə bilmirəm. Yalnız dosenti olduğum ADİMİ-də tələbələrimə dərs verirəm.