Gəncə şəhərində yaşayan müğənni Rəhim Quliyev qəfildən ürək tutmasından dünyasını dəyişib.

Mia.az BAKU.WS-ə istinadla bildirir ki, sənətçinin səhəti anidən pisləşib və həyatını itirib.

Rəhim Quliyev müğənniliklə yanaşı xanəndəlik tədrisi də keçirdi. Mərhum Gəncə Musiqi Kollecinin müəllimi olub.

Allah rəhmət eləsin!