Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbəri Vüsal Nəsirli vəzifəsindən kənarlaşdırılmayıb.

Bu barədə Mia.az-a adıçəkilən idarədən məlumat daxil olub.

Məlumatda bildiriir ki, bir sıra saytlarda, o cümlədən Mia.az-da Report-a istinadla yayılan xəbər doğru deyil: "Həqiqətə uyğun olmayan xəbər heç bir rəsmi mənbədən dəqiqləşdirilməmədən yayılıb. Məlumat üçün qeyd edək ki, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılmayıb, o, hazırda öz işini davam etdirir".