Bu saatlarda "El” Hərəkatı ilə REAI arasında məxfi danışıqlar başlayıb. Etibarlı mənbələrdən əldə etdiyimiz xəbərə görə, bu saatlarda "El” Hərəkatının rəhbərliyi ilə "Respublikaçı Alterativ” Hərəkatının rəhbərliyi arasında görüş keçirilir. Toplantı mətbuata qapalı şəraitdə aparılır. Tərəflər əsasən gələcək əməkdaşlıq, ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran işlər haqda fikir mübadiləsi aparırlar. Eləcədə müzakirə zamanı həbsdə olan REAL sədri İlqar Məmmədov, Tofiq Yaqublu və digər məhbusların vəziyyəti, müdafiə olunma taktikasına dair də fikir mübadiləsi aparılıb. Görüşdə hər iki təşkilatın rəhbər şəxslərinin iştirak etdiyi deyilir. Hazırda müzakirələrin davam etdiyi bildirilir.