Polat Aləmdarın düşməni Poyraz intiqam istəyi ilə alışıb-yanır. "Bizə, sevdiklərimizə əzab verirlər", - deyən Poyraz yeni, məkrli plan hazırlayıb.

Hədəf Polat olsa da, o, ilk əvvəl Kayanı aradan götürmək istəyir.

Bunu hiss edən Polat: "Kaya, təkbaşına hərəkət etmə", - deyir.

Amma çifayda...

Milli.Az Yazete-yə istinadən bildirir ki, "Kurtlar Vadisi Pusu" teleserialının növbəti, 208-ci seriyası dekabrın 19-da Türkiyənin ATV telekanalında nümayiş olunacaq.