"Müharibənr uduzduq. Ölkəmiz dərin böhranda, fəlakətdə, faciədədir. Qumarxanaların sayı artır, əhalinin sayı azalır, ölüm hallar və intiharlar artır. Hər şey pisdir, çox pisdir".
Mia.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq baş naziri Qrant Baqratyan "Vətənin Xilası Hərəkatı"nın bugünkü mitinqində deyib.
O, daha sonra Ermənistanda intihar etmək istəyənlərə müraciət edib: "Özünüzü niyə öldürürsünüz? İndi hakimiyyətdə olanları öldürün".
Mia.az