“Türkiyə ilə Azərbaycan bir-birinin sadəcə qanı ilə, canı ilə qardaşı deyil, eyni zamanda ən önəmli siyasi müttəfiqi, qabaqcıl ticarət tərəfdaşı və yatırımçısıdır”.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Ankarada Türkiyə-Azərbaycan iş adamları forumunda söyləyib.

“Azərbaycan ilə iqtisadi və ticarət münasibətlərimizi ən yüksək səviyyəyə çatdıracağımıza inanıram”, - o, vurğulayıb/Report.