Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupunda 36 deputat təmsil olunacaq.

Bu barədə “Dostluq qrupları haqqında” qərar layihəsində bildirilib.

Sənədə əsasən, qrupa vitse-spiker Kaxaber Kuçava rəhbərlik edəcək. Qrupun üzvləri arasında azərbaycanlı deputatlar – Zaur Darğallı və Savalan Mirzəyev də var.

Layihənin qanunverici orqanın plenar iclaslarında müzakirəsinə artıq başlanılıb.

Qeyd edək ki, K.Kuçava bundan öncə də Azərbaycanla dostluq qrupuna başçılıq edib/Report.