Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Bəxtiyar Vahabzadənin vəfatının 12-ci il dönümü ilə bağlı paylaşım edib.
Mia.az xəbər verir ki, paylaşımda deyilir:
"Can Azərbaycanın İstiqlal şairi Baxtiyar Vahabzadənin vəfatının 12-ci il dönümünu hörmət və rəhmətlə anıram. Şeirləri qəlbimizdə yaşayacaq".
XatIrladaq ki, Bəxtiyar Vahabzadə 1925-ci il 16 avqust Şəki şəhərində (o vaxtkı Nuxa qəzasında) dünyaya gəlib.
O, 2009-cu il fevralın 13-də Bakıda vəfat edib.