Türkiyə və Azərbaycan hökumətləri arasında Mədəniyyət mərkəzlərinin qurulması, fəaliyyəti üzrə saziş təsdiqlənib.

Bu barədə Türkiyə prezidenti müvafiq qərar imzalayıb.

Sərəncamın 1-ci maddəsində bildirlib: “2018-ci il aprelin 25-i tarixində Ankarada imzalanan "Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası Hökuməti arasında Hökümət Mədəniyyət Mərkəzləri Qurulması, İşi və Fəaliyyətlərinə dair Müqavilə" təsdiqlənməsi uyğun görülüb.

Qanun imzalandığı gündən qüvvəyə minib.