Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirdiyi aksiya ilə bağlı məlumat açıqlayıb. İdarədən APA-ya verilən məlumata görə, Milli Şuranın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşaraq keçirdiyi mitinqi saat 14.00-dən 15.00-dək davam edib: "Toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 nəfərədək olan üzvü və təəssübkeşi iştirak ediblər”.
BŞBPİ: Mitinqdə 700 nəfər iştirak edib
BŞBPİ-nin bildirdiyinə görə, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51