İlahiyyatçı Taleh Bağırov haqda Sabunçu Rayon Məhkəməsinin çıxardığı hökmdən verilən şikayətə dekabrın 13-də baxılacaq. Vəkil Cavad Cavadlı "Media forum”a deyib ki, Bakı Apellyasiya Məhkəməsindəki proses hakim İlqar Murquzovun sədrliyi ilə keçiriləcək.
Taleh Bağırov martın 31-də tutulub. Noyabrın 1-də Sabunçu Rayon Məhkəməsi onu qanunsuz narkotik vasitə saxlamada təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.