Ermənilərin işğalı altında olan Laçın və onun kəndlərində acınacaqlı vəziyyət yaranıb.  

"Artsakh.tv"nin yaydığı videosüjetə görə, doğum statistikası kifayət qədər yüksək olan bu kənddə həyat dayanıb: Laçının Təzəkənd kəndində məktəb yoxdur, əkin-biçin, heyvandarlıq sıfır vəziyyətindədir, sosial durum həddən artıq ağırdır, hətta içməli su problemi belə var. Orada qalan az sayda əhali dözülməz şəraitdən bezib, Laçının kəndlərindən çıxırlar (Avrasiya.net).