Milli Məclisinin İnsan hüquqları komitəsi yanında insan haqları ilə bağlı Çevik Qrupun yaradılması nəzərdə tutulur.

Məlumata görə, qanun layihəsi Milli Məclisinin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına daxil edilib.

Sənəddə qeyd edilir ki, hüquq profilli QHT-lərlə keçirilən görüşlərdə “Komitə yanında insan haqları ilə bağlı Çevik Qrupun” yaradılması ilə bağlı təklifin reallaşdırılması yönündə tədbirlər görüləcək/APA.