Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər partiyanın qərargah problemindən danışıb.
O, azvision.az-a açıqlamasında hazırda qəragahsız olduqlarını deyərək, buna səbəb kimi maddi dəstəyin olmadığını göstərib.
Ofisi əlindən alınaraq AXCP-yə verilən S.Əkbər pulsuzluqdan əziyyət çəkdiklərini deyib: "Partiya üçün qərargah axtarmıram, çünki bunun üçün ilk növbədə stabil maliyyə qaynağı olmalıdır. Qərargahın pulunu ödəmək lazımdır axı”.
Qeyd edək ki, bu ilin avqustunda ACP-nin Nərimanov rayonunda yerləşən ofisi obyekt sahibi tərəfindən əllərindən alınaraq AXCP-yə verilib.