Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, yeni sərəncam Xaçmaz rayonunun Yalama-Xanoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında olub.  

Sərncama görə, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Yalama-Xanoba avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.