Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncam Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlərdən bəhs edir. Belə ki, on beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi məqsədi Prezidentin Ehtiyat Fondundan Qobustan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.