İsrail
dövlətinə bağlı olan məşhur "Ashtrom Azərbaycan LTD” MMC Azərbaycanda çox ciddi
problemlərlə üzləşib.
Bu barədə
mia.az-a daxil olan məlumata görə, sözügedən şirkət illər əvvəl Azərbaycanın bazarına
daxil olub. Daşınmaz əmlak, yol və digər tikinti biznesi üzrə ixtisaslaşan "Ashtrom
Azərbaycan LTD” MMC ölkəmizdə bir çox əhəmiyyətli yol çəkilişlərində də iştirak edib. Həmin şirkətin
yol çəkilişi zamanı rabitə xətlərinin zədələnməsi ilə bağlı Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi ilə ötən il bir neçə məhkəmə çəkişməsi də olub.
İndisə
bu şirkət Azərbaycan Vergilər Nazirliyi ilə üz-üzə gəlib. Səbəb isə
1,5 (Bir milyon
500 min) milyon manat vergi borcudur.
Mia.az-a
verilən məlumata görə, Vergilər Nazirliyi "Ashtrom Azərbaycan LTD” MMC-nin ötən
ildən qalmış 1,5 milyon manatı ödəməsi ilə bağlı sanksiyalar tətbiq edib: «İsrail
şirkəti isə Vergilər Nazirliyi yanında Vergi Audit Departamentinin bu sanksiya qərarı
ilə razılaşmır. Şirkət nazirliyin 1200777026607543
saylı, 12.10.2012-ci il tarixli səyyar vergi yoxlama aktı, həmçinin, 1200777023626185 saylı 20.11.2012-ci il tarixli qərar və 12777020032915000 saylı tələbnaməsi üzrə hesablanmış
1,5 milyon manat,
daha dəqiqi,
1.466.014,50 manatı ödəmək istəmir.
Bu səbəbdən də məhkəmə qarşısında iddia qaldırıraq,
həmin qərar,
akt və tələbnamələrin ləğv edilməsini xahiş edir.
Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə İsrail şirkətinin iddiasını təmin etməyib».
Məlumata görə,
"Ashtrom Azərbaycan LTD” MMC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib:
«İsrail dövlətinə bağlı olan və sözügedən ölkədə çox məşhur olan "Ashtrom Azərbaycan LTD” MMC-nin sahiblərinin şikayəti artıq Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb.
Şikayətə bu məhkəmə instansiyasında hakim Valeh Ağayevin sədrliyi ilə baxılır: «Hakim Valeh Ağayev şikayət üzrə dekabrın
17-də prosesi
davam etdirəcək».
Hər iki tərəfin mövqeyini də dərc etməyə hazırıq.
span lang="AZ-LATIN" style="mso-ansi-language:AZ-LATIN"