AXCP-nin Mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Bakı Şəhər Bakı Baş Polis İdarəsinə çağırılıb. O, bu barədə facebook hesabında yazıb.
Natiq Ədilov qeyd edib ki, polisə çağırılmağının səbəbi barədə ona məlumat verməyiblər və saat 17-00-da orda olmağını tələb ediblər.
***
Mia.az xəbər verir ki, N.Ədilov şəhər prokuroru Əziz Seyidovun imzası ilə ona KİV-də və sosial şəbəkələrdəki yazıları ilə bağlı xəbərdarlıq ediblər. Lakin o, həmin xəbərdarlıqla razılaşmadığından imza atmayıb. AXCP rəsmisi bildirib ki, olayla bağlı ətraflı məlumat verəcək.