Müsavat Partiyası başqanının müşaviri, Milli Şuranın üzvü Səxavət Soltanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini müxalifətin birliyinin əleyhinə olmaqda ittiham edib. Modern.az-ın məlumatına görə, S.Soltanlı Ə. Kərimlinin Rüstəm İbrahiməbəyovla bağlı mövqeyini sərt qarşılayıb:
"Özünün etiraf etdiyinə görə, Əli Kərimli iki gün öncə Rüstəm İbrahimbəyovdan israrla xahiş edib ki, həmsədr olmağa razılaşsın, amma Rüstəm müəllim qəbul etməyib. Bu alınmayanda boynuna qoyub ki, o zaman fəxri sədrliyə razı olsun. Təəccüblü olan Müsavat Partiyasının bu platformaya etiraz etdiyini bildiyi halda o, buna israrlar edib. Əli Kərimli bununla əslində birliyin əleyhinə olduğunu nümayiş etdirib. Amma o bilməlidir ki, daha nağıllar keçmir”.
Müsavatdan Əli Kərimliyə ittiham: “Daha nağıllar keçmir”
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51