Almaniya və Belçikadan 10 azərbaycanlı deport olunub.
Məlumata görə, bunlardan 6-sı Belçikadan, 4-ü isə Almaniyadandır.
Deportasiyaya səbəb həmin şəxslərin miqrasiya qanunvericiliyini pozmasıdır. Belçika və Almaniyadan çıxarılan azərbaycanlılardan 9-u Azərbaycan, 1-i isə Ukrayna vətəndaşıdır/Report.