"Milli Şuranın sessiyasından sonra Rüstəm İbrahimbəyovla əlaqə saxlamışam. Rüstəm İbrahimbəyov üçün sədr, fəxri sədr, yaxud Milli Şuranın üzvü olmaq məqbuldur”.
Bunu APA-ya açıqlamasında Milli Şuranın dünənki sessiyasında qurumun sədri seçilmiş Cəmil Həsənli söyləyib.
Cəmil Həsənli deyib ki, fəxri sədrlik Milli Şuranın Rüstəm İbrahimbəyova olan münasibətinin ifadəsidir: "Rüstəm İbrahimbəyov da fəxri sədrlik məsələsini bu cür qarşıladı”.
Cəmil Həsənli Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə birmənalı etiraz edən Müsavat Partiyasının Milli Şuradan çıxıb-çıxmayacağı ehtimalına da münasibət bildirib: "Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq. Bu istiqamətdə elə bir narahatlıq yoxdur”.
C. Həsənli İsa Qəmbərlə görüşməyi planlaşdırdığını da deyib.
“Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq” - Cəmil Həsənli
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51