Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş olub.

Azərbaycan XİN-dən Mia.az-a bildirilib ki, nazirlər 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.