Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə ölkəmizdə dekabrın 31-i, eyni zamanda yanvarın 1-i və 2-si qeyri-iş günləridir.

Bunu lent.az-a Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Təqvimə əsasən, dekabrın 29-u bazar gününə (qeyri-iş günü), 30-u isə bazar ertəsinə təsadüf edir. Həmin günlərdə dəyişiklik edilərək, 30 dekabrın 28 dekabra, cümə gününə təsadüf edən 3 yanvarın 5 yanvara keçirilmə ehtimalı var. Bu zaman bir həftə, yəni 29 dekabr – 4 yanvar aralığı qeyri-iş günü sayılacaq.

Amma A.Əli hələlik bu məsələyə dair qərarın qəbul edilmədiyini bildirib. O, hər şeyə yaxın günlərdə aydınlıq gətiriləcəyini söyləyib.