Ötən gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.

Bu barədə BAXCP-nin mətbuat xidməti məlumat verib. BAXCP sədri prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim ounan zaman dövlət başçısının söylədiyi nitqdə ölkəmiz üçün önəmli çağırışların olduğuna da diqqət çəkib. Azərbaycan Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubleyinin keçirilməsi məqsədilə dövlət başçısının məlum sərancamını təqdir edən Qüdrət Həsənquliyev BAXCP-də də bu məqsədlə bir sıra tədbirlərin hazırlanıb düzənlənməsi üçün müvafiq strukturlara tapşırıqlarını verib.

Sonda partiyanın bəzi strukturlarının əsasnamələrinə dəyişikliklər müzakirə olunaraq qəbul edilib.