Ukraynanın paytaxtı Kiyevdə kütləvi etiraz aksiyaları ilə əlaqədar ictimai asayişin qorunmasına əlavə qüvvələr cəlb ediləcək. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə açıqlamanı Ukrayna Daxili İşlər Nazirliyi yayıb. Dekabrın 2-sində Kiyevdə asayişin və dövlət hakimiyyəti orqanlarının binalarının qorunmasına daxili qoşun əsgərləri cəlb edilib.

***

12.22

Ukrayna Nazirlər Kabinetinin binası ətrafında minlərlə adam toplaşıb. Binanı "Berkut” xüsusi təyinatlıları qoruyurlar. Bəzi hökumət üzvləri nümayişçilərin mühasirəsi üzündən işə gedə bilməyiblər.


***

11.34

Ukrayna Prezident Administrasiyasının binası ətrafına aksiya iştirakçıları toplaşmağa başlayıb. Musavat.com-un "İnterfaks”a istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin yaxınlığında da adamların sayı artıb və 500 nəfərə çatıb.