Tədbirlərin birində çəkilən fotolarda xalq artisti Amaliya Pənahovanın özünü Bülənt Ərsoya bənzətməsi və eyni zamanda, plastik əməliyyat keçirməsi yönündə xəbərlərə sərt reaksiya gəlib.
Mia.az xəbər verir ki, yayılan fotolarını çəkənlərə qəzəbli olan Amaliya xanım deyib ki, bu, qeyri-professionalların işidir: «Bunu çəkənlər qeyri-peşəkarlardır. Belə olmaz. Bu, özbaşınalıqdır».
Xalq artisti plastik əməliyyat xəbərini isə nə təsdiq, nə də təkzib edib: «Bunun heç kəsə dəxli yoxdur».