Bu
gün Topaz Premyer Liqasında
XV turun oyunlarına yekun vurulub. Qarşılaşmalardan
biri Bakıda, üçü bölgələrdə - Lənkəran, Zaqatala və Sumqayıtda baş tutub.
Mia.az xəbər verir ki, günün ilk
oyununda "Bakı" "İnter"i qəbul edib. Orxan Məmmədovun idarə
etdiyi matçda bir qol vurulub və "İnter" qələbə qazanıb. Vaqif
Cavadov 59-cu dəqiqədə vurdğu qol "İnter"ə qələbə qazandırıb. Bununla
da "bankirlər" ardıcıl üçüncü paytaxt derbisində qələbə qazanaraq
4-cü pilləyə yüksəlib.
Türkiyəli baş məşqçi Mustafa Dənizli ilə yeni müqavilə bağlamasına
rəğmən, baş məşqçisiz meydana çıxan "Xəzər Lənkəran" isə AZAL-ı qəbul edib. Lənkəran klubu yenə də zəif təsir bağılaşlayıb. İlk hissədə komandalar hərəyə bir qol vurmaqla, meydandan bərabərliklə
ayrılıb.
Lider
"Qarabağ" isə "Simurq"un qonağı olub. "Qarabağ” son 3 matçda qol vura bilmədiyi rəqiblə
bacara bilməyib. Oyun 0-0 hesabı ilə başa çatıb. Bu bərabərlik isə Qurban Qurbanovun yetirmələrinin lider kürsüsünü «Neftçi»yə verməsinə səbəb olub.
Belə ki, liderlik uğurunda mübarizə aparan
"Neftçi" isə səfərdə "Sumqayıt"a qalib gəlib. Paytaxt klubu rəqibini 2-1 hesabı ilə məğlub edib və zirvəyə sahiblənib.