Bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında danışıqlar başlayıb.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti bildirib.

Tərəflər arasında ikitərəfli, habelə Avrasiya İqtisadi İttifaqı, KTMT, MDB çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin Dağlıq Qarabağa dair üçtərəfli bəyanatın icrası məsələləri müzakirə olunacaq/Report.