Müğənnilər İbrahim Tatlısəs və Petek Dinçözə sui-qəsd sifarişi verilibmiş. "Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyinə müğənnilərə sui-qəsd təşkil ediləcəyi haqda məlumat daxil olub.

Məlumata görə 26 yaşlı A.B hər iki sənətçini öldürmək üçün 150 min avro pul alıb. Lakin araşdırma nəticəsində məlum olub ki, A.B sui-qəsd hazırlamır və bunlardan xəbərsizdir. Sübut olmadığı üçün açılan cinayət işi bağlanıb, polis isə müğənniləri qorumağa davam edir.