Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli xüsusi ittiham qaydasında məhkəməyə verilir. Bu barədə saytımıza etibarlı mənbələrdən məlumat daxil olub. 

 Həmin məlumatda deyilir ki, Cəmil Həsənlidən xüsusi ittiham qaydasında məhkəməyə şikayət etməyə hazırlaşanlar YAP-dan olan bir qrup şəxsdir. Qaldırılan iddia isə onun prezident seçkiləri dövründə İTV-nin efirindən səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb olunmasından ibarətdir. Saytımıza verilən məlumatda vurğulanır ki, iddia sənədi artıq hazırdır və yaxın günlər üçün məhkəməyə təqdim olunacaq.(jam.az)