Dünən gecə naməlum şəxslər Müasir Müsavat Partiyasının Qaradağ rayon təşkilatının Sahil qəsəbəsində yerləşən mənzil qərargahına hücum ediblər.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə gələn zaman artıq iş-işdən keçmiş olub. MMP Qaradağ təşkilatının sədri Fazil Yusifov hadisə haqda polisə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə xidmətinin işçiləri hadisə ilə əlaqədar protokol tərtib ediblər. Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.