İranın Azərbaycandakı səfirliyi rəsmi Tehranın Bakıya nota göndərməsi məsələsinə aydınlıq gətirib.
Səfirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İran tərəfi Azərbaycana nota göndərməyib: "İran tərəfindən Azərbaycana nota göndərilməyib, sadəcə olaraq, izahat məktubu göndərilib ki, Əhməd Əhmədzadən ölkədən çıxarılma səbəbi göstərilsin”.
Səfirlik həmçinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə Azərbaycandan çıxarılması xəbərini də təsdiqləyib.