"İran tərəfinin Naxçıvanla olan sərhədləri bağlaması blokada şəraitində olan muxtar respublikada çoxlu problemlər yaradıb".
Bunu Milli Məclisin bugünkü iclasında YAP-çı deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycan XİN-i ciddi addımlar atmalıdır: "İranın beynəlxalq normaları pozur. İran tərəfinin gündə bir qanun qoyması Naxçıvanda yaşayan soydaşlarımızın vəziyyətini ağırlaşdırıb".