Milli Məclisin payız sessiyasının növbəti plenar iclası noyabrın 13-də keçiriləcək.

Mia.az Milli Məclisə istinadla xəbər verir ki, iclasdan gündəliyinə 1 məsələ daxildir: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında".